Altuğ Berker: Bununla əlaqədar bir ayə oxuyuram, şeytandan Allaha sığınaram. Bəqərə surəsi, 186; "Qullarım səndən Məni soruşsalar, şübhəsiz ki, Mən (onlara) çox yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə, onlar da Mənim çağırışıma cavab versinlər və Mənə iman etsinlər. Güman olunur ki, irşad (doğru yolu tapmış) olarlar".
Adnan Oktar: Allaha duada çox ağıllı bir əlaqə lazımdır. Yəni dua Allah ilə əlaqəni təmin edən mühüm bir ibadətdir. Duanı əzbərdən deyil, düşünərək, təfəkkür edərək, səmimi bir şəkildə etmək lazımdır. Tam bir təslimiyyətlə, için-için, ürəkdən, hətta ayədəki ifadə ilə ürpərərək, eşqlə, Allah qorxusuyla, Allah sevgisiylə, candan bir sevinclə, Allah qorxusu ruha hakimkən, ümid var olaraq, hüsnü zənn ilə, o qorxu ilə dua etsək, çox-çox gözəl olar. Fövqəladə əhəmiyyətli bir ibadətdir.