Sad surəsi, 31-35, 37-38-ci ayələrin təfsiri

A9 TV 2014-01-30

Views 3

ADNAN OKTAR: Bismillah, Şeytandan Allaha sığınıram. Sad surəsi, 31-ci ayə. "Bir dəfə axşam çağı ona (üç ayağı üstündə durub bir ayağının) dırnağını yerə vuran, çapar atlar göstərildi. O dedi: "Mən mal sevgisini (heyvan sevgisini) Rəbbimi zikr etməyə görə seçdim. Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi". Burada bir sirr var, bunu zamanı gələndə söyləyəcəyik. "Onları mənə geri qaytarın" (dedi). Sonra (onların) qıçlarını və boyunlarını oxşamağa başladı". Əli ilə toxunaraq sevgisini ifadə edir. Onları uzaqdan görüb sevməklə rahatlanmır, toxunduğu zaman rahatlayır. Allah elə yaradıb. "And olsun, Biz Süleymanı sınadıq, taxtının üstünə bir cəsəd qoyduq. Sonra (köhnə vəziyyətinə) döndü". Bunu da sonra açıqlayacağıq. O dedi: "Ey Rəbbim! Məni bağışla və məndən sonra heç kimə nəsib olmayan bir mülkü mənə ərmağan et. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən!". Allahdan küfr edənlərə belə bir hakimiyyət verməməsini istəyir. "Bir tək mənə ver"―deyir, inşaAllah. Bax, Allah şeytanları Süleyman (ə.s)-ın əmrinə verir. "Şeytanlardan olan hər bənnanı və qəvvas olanı..." Bənna o dövrün massonlarıdır.  Masson divar, bina ustası deməkdir. "Şeytanı və qəvvası da..."―yəni cin qəvvası, "...əmrinə verdik". "Və (pislik etməmələri) sağlam kəməndlərlə bir-birilərinə bağlanmış digərlərini".

 

Share This Video


Download

  
Report form