Yusif surəsi, 105,106, 107-ci ayələrin təfsiri

A9 TV 2014-01-30

Views 56

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: Yusif surəsi, 105-ci ayədə Allah deyir: "Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə ayələr vardır ki...", yəni Allahın varlığına aid dəlillər, "insanlar onların yanından üzlərini çevirib keçərlər". Məsələn, yerdə qalıqlar var, üstündən basıb keçirlər. Baxın, "üzlərini çevirib keçərlər". Yəni dəlili araşdırmazlar, dinləməzlər, qəbul etməzlər. "Göylərdə və yerdə". Göyü də araşdırdığında astronomiya ilə, yeri araşdırdığında paleontologiya ilə Allahın varlığını və yaratdığını görər.

106-107-ci ayələrdə Allah buyurur: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar".

"Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?". Çünki qiyamətlə lağ edəcəklər. 2120-ci ildə qopacaqmış deyib gülərlər. Bir az da Allah gözlətdirəcək Allahu aləm, yəni 2120-ci illərin sonlarına doğru ola bilər. Qiyamət gözləmədikləri anda qopacaq. Allah ayədə: "Böyük bir çarpılma", yəni böyük bir səs-küydən bəhs edir. Çünki dünyada bu hiss edilir. Allah ayədə: "Var gücü ilə qaçmağa çalışarlar" deyir. "Sən onları sərxoş zənn edərsən, halbuki sərxoş deyildirlər". Qorxunun şiddətindən ağlını itirər. Qaçır, qaçacaq yer də tapa bilməz. Bir-birlərinə bir şey izah etmək istəyərlər, amma danışa bilməzlər, cümlə qura bilməzlər. Qiyamət əlaməti olaraq uşaqların saçları dümağ olar, möcüzə olaraq bir anda bütün bədəninin tükləri dümağ olar. Dəhşət get-gedə daha da artar. "Səma qapı olaraq açılmışdır". Səmadakı mavi, göy qübbə açılar, səma qara görünər. "Mələklər artıq bir enişlə enməyə başlamışlar". Mələkləri görüncə artıq kabus gördüyünü zənn edər. Qorxudan ağıllarını itirərlər. Sonra Allah Təala hamısını öldürdükdən sonra, keçici bir unutqanlıq yaranar, qiyaməti unudarlar, dərhal sonra yenidən canlandırar. Bu səfər də "bizi yatdığımız yerdən kim qaldırdı" deyərlər. Bura haradır, haradan qalxdıq deyərlər. "Uzaqdan bir çağırışçı onları çağırar". Bu tərəfə gəlin deyən insan səsi eşidərlər. "Bir sütuna, dirəyə doğru qaçar kimi qaçmağa başlayarlar". Hamısı birdən toplu şəkildə qaçarlar. Hadisə yerinə gəlincə "əfsus" deyərlər. " Bu nəzərdə tutulan qiyamətdir, biz öldük dirildik" deyərlər. Öldüyünü o zamana qədər anlaya bilmir. Səhra kimi bir əraziyə huşsuz buraxıldıqlarını zənn edərlər. Nə olduğunu qavraya bilmirlər. Allah Təala ondan sonrakı bütün hadisələri, bütün təfərrüatları izah etmişdir. Nə Tövratda, nə İncildə bu qədər ayrıntı yoxdur. Müdhiş bir ayrıntı vardır. Onun üçün xristianların, yəhudilərin mütləq Məhəmmədi olmaları lazımdır. Biz onlara, İncildəki gözəl hökmləri rədd et demirik. İncilə daha da çox sarılsın. Amma İncildə sənə küfrü əmr edən şeytanın ifadələri var. Təslis inancı var. Hz.İsa (ə.s)-ın Allah olduğuna hansı xristian inanar? İnanacaq bir adam belə yoxdur, heç kim inanmaz. İnanmadıqları şeyə inanır kimi danışırlar. Ağlı başında olan bir adam məsələn, İncili açır, hz.İsa (ə.s) balıq, çörək yeyir, acanda  yemək yeyir, yuxusu gələndə yatır. Allah yatarmı? Allah İncildə hz.İsanın yatdığından, sonra əl açıb: "Ya Rəbbim mənə bu nemətlərini nəsib et"―deyə dua etdiyindən bəhs edir. Allah öz-özünəmi dua edir? Belə düşünmək axmaqlıqdır. Təəssüf ki, insanların imanını, ağlını məhv edirlər. Məhəmmədi olduğu halda  bu bəladan xilas olar, nemətlərə də qovuşmuş olar, inşaAllah.

 

Share This Video


Download

  
Report form