Tövbə surəsi 87, 88, 89, 94-cü ayələrinin təfsiri

A9 TV 2014-02-02

Views 228

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Tövbə surəsi, 94-cü ayədə Allahu Təala buyurur: "Yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər". Münafiqlər bolluca üzr istəyərlər. Buna çox diqqət yetirmək və aldanmamaq lazımdır. "De ki: "üzr istəməyin, onsuz da sizə inanmayacağıq". Münafiqlərə qəti şəkildə inanmaq olmaz. Münafiqlər yalançı və saxtakardırlar. "Allah sizin işlərinizdən bizi xəbərdar etmişdir". Təbii ki, Allah peyğəmbərimiz (s.ə.v)-ə vəhylə bildirir. "Sonrakı əməllərinizi Allah da görəcək, Onun Elçisi də”. Sonra isə qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız", yəni açığı, gizlini, hər şeyi bilənin hüzuruna qaytarılacaqsınız. “O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”. Baxın nə gözəldir, əlhəmdülillah. Allahın hər şeyin intiqamını alınacağını bilmək müsəlmanlar üçün çox gözəldir. Ən hiyləgər, ən gizli rəftarın belə mütləq intiqamı alınar, Allah heç kəsi özbaşına buraxmır. Allah hər anormal, haqsız, hiyləgər rəftarın qarşılığını verər. Onun üçün müsəlmanın ürəyi çox rahat olmalıdır. İçində bir narahatlıq olmamalıdır.  Allah "axirətdə intiqam alacağını" söyləyir, lakin heç kimin bilmədiyi bir sirr verir: Allah küfrdən intiqam alarkən müsəlmanların sevinəcəyi şəkildə intiqam alar. "Onlar taxtlarına söykənərək onların hallarına gülür". Allah onları (münafiqləri, inkarçıları) alçaldır, yəni onları müxtəlif gülünc hallara salır. Allah eqoistləri, özünü böyük sananları müsəlmanların şiddətli gülüşünə səbəb olacaq şəkildə alçaldar. Onları müsəlmanları əyləndirəcək, sevindirəcək şəkildə alçaldar.

 Baxın, Allah, Tövbə Surəsi, 87-ci ayədə deyir: "Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar". Elə tipli insanlar var: "Nə var Türkiyədə çox rahatıq, şişirtməyin, elə bir şey yoxdur" deyir. "Onların ürəkləri möhürlənilmişdir. Buna görə də onlar haqqı anlamayacaqlar". Yəni müsəlmanların  düşdüyü fəlakətləri, ağrıları, çətinlikləri anlamazlar. Filmlər var ki, artıq adamın gözünə soxuruq, açıq görünür deyirik, yenə də adam dinləmir, anlamır. Təkrar-təkrar göstəririk, yenə də anlamır.

 88-ci ayə: "Lakin Peyğəmbərimiz (s.ə.v), (yəni Mehdi) "Peyğəmbərimiz (s.ə.v) və onunla birlikdə olan möminlər, malları"―bütün pulunu, ev-eşiyini Allah yolunda xərcləyib, "və canları ilə" gecə yarısına qədər təbliğ edib "cihad etdilər" cəhd göstərdilər, Allahın dinini yaydılar, onlar kefinə, zövqünə bağlı deyildilər. "Bütün nemətlər onlarındır"―Allah “hər cür xeyirləri onlara verərəm, qurtuluşa çatanlar da onlardır” deyir. Bu, müsəlmanlar üçün böyük bir nemətdir. Allah küfr üçün də bir həsrət, itkinlik yaradır.

 89-cu ayə: "Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdı." İnsanların gecə-gündüz ən çox düşündüklərinin nə olduğunu bilirsinizmi? Gecə-gündüz ölümü düşünürlər. Həyat gözəldir, insan yaşamaq istəyir. Ona görə mömin cənnətdə sonsuza qədər yaşayacağını bildiyi üçün, möminin o instinkti təmin edilir. Lakin küfrdə bu instinkt təmin edilmir. Ona görə də inanılmaz dərəcədə böhrana düşərlər, çətinlik çəkərlər. Yəni intiharların, içkinin, narkotikin mənşəyi budur. Müsəlmanlarda intihar çox azdır, nadir hallarda olar. Allah əsirgəsin, bu hal ancaq dəliliyə tutulanda olar, ondan başqa olmaz. Çünki müsəlman cənnətə gedəcəyini bilər, inşaAllah, sonsuzluğun başladığını və artıq bitməyəcəyini bilər. Ürəyi rahat olar. Allaha təslim olub, özünü Allaha təvəkkül etmişdir. İçində bir rahatlıq və hüzur olar, inam hissi olar. İstədiyi hər şeyə çatacağını bilib rahatlaşar. Əks halda bədən sonsuzluq hissini (sonsuz cənnət ləzzətini) bilməyəndə, təvəkkülsüz olanda, bədən reaksiyaya başlayar. Bədən özünü parçalamağa başlayar. Beyninə, dərisinə hücum edər, insanı dəli edər. Bunun  nəticəsində də ya intihar edir, ya içkiyə, ya narkotikə başlayır, ya da bədbəxt olurlar. “Of” deyər və yaxud çox əsəbi olurlar, mənşəyi budur. Baxın, "altından çaylar axan cənnətlər hazırladı". Allah suyu  bizə sevdirib. Su normal axan bir sudur, amma ürəyimizdə ona qarşı bir instinkt var, sevmə instinkti var. Suyu görərkən çox xoşumuza gələr. Kiçik hovuz belə olsa, evlərin içində kiçik hovuz düzəldirlər, fəvvarəli və s. mütləq bir hovuz, su, su şırıltısı olsun. Cənnətdə, kiçik çaylar oturduğu evin içindən, hər yerdən keçər. Həm axan, yəni yüksək yamaclı çaylar vardır, həm də öz məkanı içində evin içərisində kiçik çaylar, su arxları vardır. İnsanlara xoş olsun deyə yaradılmışdır. Zövq verən, insanın ürəyini açan gözəlliklərdir.

 

Share This Video


Download

  
Report form