Tövbə surəsi, 23-cü ayənin təfsiri

A9 TV 2014-05-20

Views 2

Hörmətli Adnan Oktarın 5 İyun 2013-ci il tarixli söhbətindən Tövbə surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Qardaşlarımız deyir ki; “Yəhudiləri və xristianları dost tutmayın” Yaxşı, Allah 9-cu surənin 23-cü ayəsində “Ey iman gətirənlər” deyir, “küfrü imandan üstün sayırlarsa” hər hansı bir məqamda inkarı üstün tutursa, məsələn, Quranın hər hansı bir hökmünü və islama aid hər hansı bir hökmü qəbul etmirlərsə, “Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın”. Məsələn, sənin atan dinin bir çox hökmünə qarşı çıxır, sən də onu özünə dost tutursan. “Atacan, atacan” deyib, onu tərk etmirsən. Məsələn, qardaşını bağrına basırsan, o isə İslamın bir çox hökmünə əməl etmir. “Sizlərdən onları dost tutanlar zalımlardır”, bəs burada nə deyilir? Bu ayədəki ifadə Onun yolu ilə gedən, yəni onun dediyini yerinə yetirən, onun idarəsi altına girən mənasındadır. Belə ki, onun səhv və doğru olmayan hökmlərini tətbiq edən mənasındadır. Yoxsa onlarla həmsöhbət olmayın, danışmayın, salam verməyin, adam yerinə qoymayın, düşmən olun mənasında deyildir. Bax, əgər səmimi düşünsəniz, eyni ifadə olduğunu görərsiniz. “Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın”. Allah eyni şeyi xristianlar və yəhudilər üçün də deyir. “onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır”. Eyni ayədir, orada da eyni ifadə vardır. O biri ayədə də eyni ifadə vardır. O zaman burada nəzərdə tutulan şey, onlara düşmən olmaq, qarşı çıxmaq, onlarla mübarizə etmək deyil; onların idarəçiliyini qəbul etməkdir. Yəni bir mövzuda onun inancına tabe olmamaq və onun istiqamətləndirməsinə uymamaq lazımdır. Əsas məsələ bax budur.

 


 

Share This Video


Download

  
Report form