Allahın zər aləmində bütün peyğəmbərlərdən hz. Mehdi (ə.s)-a kömək etməklərinə dair əhd aldığına işarə edən ayələrin təfsiri - 2

A9 TV 2014-05-31

Views 490

Hörmətli Adnan Oktarın 20 dekabr 2013-cü il tarixli söhbətindən, Allahın zər aləmində bütün peyğəmbərlərdən hz. Mehdi (ə.s)-a kömək etməklərinə dair əhd aldığına işarə edən ayələrin şərhi.

DİDƏM ÜRƏR: Bir ayə oxumaq istəyirəm. Ali-İmran surəsi, 81-ci ayə. Şeytandan Allaha sığınaram: "Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı, Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir.”

ADNAN OKTAR: MaşaAllah. Deməli, təbliğatçı, islahatçı bir hz. Mehdi (ə.s) gələcək, inşaAllah. Hər hansı peyğəmbərə də, ona da Peyğəmbərimiz (s.ə.v)-ə köməkçi olmadı. Amma orada hz. İsa (ə.s)-a da xitab var. Lakin hz. İsa (ə.s)-ın kömək edəcəyi kim var? Hz. Mehdi (ə.s) var, inşaAllah. Ayə əsasən buna işarə edir inşaAllah, Allahualəm. "Ona mütləq inanıb yardım edəcəksiniz”– deyə (bütün peyğəmbərlərdən) əhd almış…" Məsələn, hz. Nuh (ə.s)-dan, hz. İbrahim (ə.s)-dan hz. Musa (ə.s)-dan, Məryəm oğlu İsa (ə.s)-dan əhd alınmışdır. Amma məhz burada çox əhəmiyyətli bir məqam var, çünki "səndən" deyir. Bir də Peyğəmbərimiz (s.ə.v)-dən də əhd alır Allah. Allah hələ zər aləmində ikən: "Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə."-deyir. Yəni bunu təsdiq edən muslih (islah edən) bir hz. Mehdi (ə.s) gələndə kömək edin. "Ona mütləq inanıb yardım edəcəksiniz."-deyir Allah. "Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi." Hələ zər aləmində ikən "bəla" deyirlər. "Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir”. Yəni o əhdi alır. O əhdi alandan sonra, peyğəmbərlərə məsələn, hz. Harun (ə.s) hz. Musa (ə.s)-a, hz. Lut (ə.s) hz. İbrahim (ə.s)-a, hz. Yəhya (ə.s) hz. İsa (ə.s)-a köməkçi oldular, inşaAllah. Amma, Peyğəmbərimiz (s.ə.v) hər hansı bir peyğəmbərə köməkçi olmadı. Övladlarından Məhəmməd Mehdi (ə.s) gəlir. Məhəmməd Mehdi (ə.s)-a da hz. İsa (ə.s) köməkçi olacaq. Beləcə, Peyğəmbərimiz (s.ə.v)-ə hz. İsa (ə.s) kömək etmiş kimi olacaq. Bununla hz. İsa (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in köməkçisi olur. Çünki, onsuz da hz. Mehdi (ə.s) öz övladıdır. Öz komandiri olduğuna görə hz. Mehdi (ə.s)-a kömək edən kimə kömək etmiş olur? Peyğəmbərimiz (s.ə.v)-ə kömək etmiş olur və ayənin hökmü də beləcə reallaşır, inşaAllah

Share This Video


Download

  
Report form