Hörmətli Adnan Oktarın 15 mart 2013-cü il tarixli söhbətindən Ənfal surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: "Kafirlər də bir-birinin dostudurlar...” (Ənfal surəsi, 73) Yəni yaxşı olmayan insanlar bir-birlərinin dostudur. Bir-birlərini qoruyarlar, bir-birlərinə dəstək olarlar. Allah: "Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73) "-deyir. Dində həddini aşanlar nə edir? Ən adi bir səbəbə görə müsəlmanlarla araları dəyir. Məsələn, Ələvi (Əli tərəfdarları) nə desə, bektaşi nə desə, şiə, vəhhabi nə desə qarşı çıxarlar. Yaxud qadının başı açıqdı deyə onu az qala kafir hesab edirlər. Yaxud da kişinin saqqalının uzunluğuna görə mübahisə yaradarlar. Budur ayənin hökmü. Diqqət edin, "bir-birinizə yardımçı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər." Hal-hazırda bu fitnə də, fəsad da baş verdi. Müsəlmanlar həm böyük bir fəsada uğradılar, həm də böyük bir fitnəyə məruz