Hörmətli Adnan Oktarın 11 oktyabr 2012-ci il tarixli söhbətindən Əraf surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Bismillah. Əraf surəsi çıxdı, 32-ci ayə. Allah: "De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti" deyir, yəni hər cür bəzək vasitəsi, saç boyası, boyunbağılar, bilərziklər, paltarlar, gözə çəkilən göz kölgəsi, xanımların istifadə etdikləri dodaq boyaları filan, bir sözlə, ağla gələn hər şey, "de: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti", yəni bütün bəzək vasitələrini, insanları gözəlləşdirən hər şeyi "və təmiz ruziləri kim haram etmişdir?”. De: “Bunlar dünya həyatında iman edənlər üçündür, Qiyamət günü isə yalnız onlara məxsusdur”. Allah: “Yalnız möminlərə məxsusdur" deyir. Allah: "Bu dünyada Allaha inanmayanlar da istifadə edə bilər" deyir. Amma əslində müsəlmanlara məxsusdur. Allah: "Lakin, Allaha inanmayanlar axirətdə bunlardan istifadə edə bil