Yusif surəsi, 1-22 ayələrinin təfsiri

A9 TV 2016-09-16

Views 7

ADNAN OKTAR: Yusif surəsi, Rəhman və Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram. 1. "Əlif, Ləm, Ra". Bu ayənin şifrə (açar) hərflərinin hansı mənanı verdiyini yaxın bir vaxtda başa düşəcəyik. "Bunlar açıq-aydın Kitabın ayələridir". Deməli, Quran açıq-aydındır. Asanlıqla başa düşmək aydın olduğu halda adam "Qırx il araşdırsaq da, biz Quranı başa düşə bilmərik" deyir. Deməli, Allah düşüncəsini, beynini bağlamışdır. 2. "Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz". Deməli, Quran başa düşülməsi lazım olan bir Kitabdır. 3. "Biz bu Quranı sənə vəhy etməklə ən gözəl qissələri həqiqi bir xəbər kimi sənə danışırıq". "Biz bu Quranı sənə vəhy etməklə ən gözəl qissələri", baxın, Allah: “Bütün qissələri sizə vermədim” deyir.

Allah: “Ən gözəl, əhəmiyyətli olan qissələri bildirirəm” deyir. "Həqiqi bir xəbər". Yəni ancaq vəhyə əsaslandığı üçün, nə əskiklik, nə də artıqlıq var, tam doğru məlumat kimidir. "Həqiqi bir xəbər kimi sənə danışırıq, halbuki, sən daha əvvəl bundan xəbərsiz idin". Qeyb xəbəridir, Allah qeybi bildirir. Allah qeybi bildirərmi? Bildirərmiş, elə deyilmi? 4. "Bir zaman Yusif atasına: "Atacan, həqiqətən mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm; mənə səcdə etdiklərini də gördüm" demişdi". Bir dəfə buradakı ulduz; Hz. Mehdi (ə.s)-ın ulduzundan bəhs edir; Lulin quyruqlu ulduzu var, Halley quyruqlu ulduzu var, oraya bir işarə var. İki quyruqlu ulduza da işarə var. "On bir". Allah 11 ədədinə diqqət çəkir. 11 iki dənə 1-dən ibarətdir. 11 sentyabr hadisələri var. Baxın on bir, arxasından ulduz. Baxın, "on bir"— tozlu-dumanlı fitnəni, ulduz— Halley quyruqlu ulduzunu və Lulin quyruqlu ulduzunu, hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq, müntəzəm bir şəkildə tək-tək sayılır. "Günəş"— günəş tutulması, on beş gün arayla ay və günəş tutulması. "Və ay"— Ramazan ayında, on beş gün arayla ay tutulması, hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq. Baxın bir, iki, üç, dörd. Dörd söz var yan-yana, dörd sözün dördü də ayrı-ayrılıqda hz. Mehdi (ə.s)-ın çıxışının əsas əlamətlərini xəbər verir. Baxın, dörd söz var: on bir, ulduz, günəş və ay. Başqa bir şey yoxdur. Yalnız "və" bağlacıyıcısı var arada, başqa bir şey yoxdur. Axırzamanın ən həyati, ən əhəmiyyətli böyük əlamətlərinin hamısının tək-tək adı verilir, şifrəsi verilir. "Gördüm", gördüm nə deməkdir? Görəcəyik. Biz də gördük elə deyilmi? Bizdən soruşduqlarında nə deyirik? Mən də gördüm deyirəm. Bax "gördüm" deyir. "Mənə səcdə etdiklərini g

Share This Video


Download

  
Report form