Içəri Şəhər Sözünün Yaranması Haqqında

Vusal Gancavi 2016-09-18

Views 1

Ta qədimdən daş hasarlara alınmış bu şəhər ərazi etibarilə əvvəl necə olubsa, elə də qalıb (21,5 hektar). Əhalisi çox olmasa da ildən-ilə artırdı. Bəs bu camaat harada yerləşirdi?

Məsələ orasında idi ki, təzə binalar heç zaman boş sahədə deyil, köhnə binaların üstündə tikilirdi. Axır zamanlarda aparılan qazıntılar bunu bir daha sübut edir. Təzə binalar tikildikcə küçələr getdikcə daralır, həyətlər o qədər kiçilirdi ki, adi bir zibil qutusu qoymaq üçün yer tapılmırdı. Hər bir qarış torpaq qızıl qiyməti ilə ölçülürdü. Çoxu həyətlərini küçələrin hesabına heç olmasa bir arşın genişləndirməyi qənimət sayırdı. Bunun nəticəsində qədim şəhərdə elə küçələr vardı ki, oradan iki adam yanaşı keçə bilmirdi.
Əhalidən heç kəs qala divarlarından xaricə çıxmaq istəmirdi. Basqınlardan çəkinirdilər. Xüsusilə varlı təbəqə darısqal küçələrdə, keçilməz döngələrdə yaşamağı forştadtda yaşamaqdan üstün tuturdular. Belə halda əhalinin zorla qala divarlarının xaricinə köçürülməsi başlandı. Lakin camaat istəsə də, istəməsə də zaman öz işini görürdü. Ölkədə neft sənayesinin sürətli inkişafı, iri ticarət mərkəzlərinin yaranması, bankların meydana çıxması forştadtda böyük inşaat işlərinin başlanmasına səbəb oldu. İri, əzəmətli binalar ucalır, hündür yaşayış binaları tikilirdi. Tikilən hər binanın ətrafında yaşıllıqlar da salınırdı: bir sözlə, qala divarlarından xaricdə əsl müasir tipli kapitalist şəhəri yaranırdı. İçəri şəhər və Bayır şəhər məfhumlarının da yaranması məhz bu dövrə təsadüf edir. Qala divarları içərisində qalmış şəhər İçəri şəhər, qala divarlarından kənarda yaradılmış yeni şəhər Bayır şəhər adlanmağa başladı.

https://www.facebook.com/melumatevi/
https://twitter.com/MmdVsl
Mənbə:http://azens.az/component/k2/item/1133-idzhaeri-shaehaer-soezunun-yaranmas

Touchpoint:Audionautix

Share This Video


Download

  
Report form
RELATED VIDEOS