Kolumbiyanın paytaxtı Boqota şəhərində polis məktəbində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21-əçatıb.
Qalanews.com bildirir ki, bu barədə "Report" AFP-yə istinadən xəbər verir.
Daha əvvəl partlayış zamanı 68 nəfərin yaralandığı bildirilib.
Kolumbiya Prezidenti İvan Duke polis məktəbində törədilən partlayışdan sonra ölkədə üçgünlük matəm elan edib.
Hazırda polis hadisənin detallarını araşdırır.