Şöhrət Məmmədov - Sevdinmi Məni (Officail Audio)

Şöhret Memmedov 2024-08-19

Views 0

Şöhrət Məmmədov - Sevdinmi Məni (Mahnı Sözləri):

Deyirdin ki, sevgi yalandır.
Açıq-aşkar anladım səni.
Eşqin hər gün başıma dolandı.
Yoxsa yenidən sevdinmi məni?

Səni görməyə axtardım hər an,
Düşə fürsət, yarana imkan.
Üstüm başım sən qoxur, insan,
Axı, yerinə qoymadım özgəni.

Mənim yerim göründü hərdən.
Hiss edirəm düşüncələrdən.
Mənə sevgi gələn gəmilərdən,
Kəsib atdın, aldın yelkəni.


Çox gözlədim gələr bir gün.
Nələr etdin, nələr, mənim üçün.
O qədər darıxdım sənin üçün,
Görsəm tanıyardım kölgəni.

Xatırladır mənə hər küçələr.
İçimi titrədən qara gecələr.
Düşündünmü hər şey düzələr?
Tək daşıya bildinmi qəmi?


Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!!

#ŞöhrətMəmmədov #SevdinmiMəni #ŞöhrətSevdinmiMəni

Share This Video


Download

  
Report form