Seyyid Taleh Boradigahi - imam Həsən
“SÖZLƏRİ”
Həsən, Həsən
Surət həsən
Xilqət həsən
Sənə salam olsun
Həsən, Həsən
Zinəti həq
Bağu çəmən
Sənə salam olsun
Hər kəs üz döndərsə səndən
axirəti olmaz
Hər ürək də eşqin olsa
Heç qəm ilə dolmaz
Sənsən ey Zəhranın oğlu
Əli Mürtəzanın oğlu
Həm inamım
Həm imamım
Həm canım
Sənə salam olsun
Sülhün ilə səfa etdin
Səbrin ilə difa etdin
Sən
Qorudun haq olan dinini
Bağladın Rəbb ilə əhdini
Ona xatir
Deyir indi
Bütün aləm
Sənə salam olsun
Həsən, Həsən
Adın sənin
Yolun sənin
Mənim cəlalımdır
Adın ilə mən
Yolun ilə mən
Şərəf tapam
Bu iftixarımdır
Çox insanlar
Gördu çoxlu
Kəraməti sən də
Həm kəramət
Həm ədalət
Səxavəti sən də
Səni eyləyək ziyarət
Bizlərə eylə şəfaət
Nuri çeşmi
Mustəfasən
Müctəbasən
Sənə salam olsun
Allahıma min əhsən
Sən bizlərə rəhbər sən
Can
Ola qurban imam Həsənə
Mərhəba bu yolu gedənə
Ruhe Taha
Cane Zəhra
Bizə mövla
Sənə salam olsun
Söz : Seyyid Taleh Boradigahi
Mus : Ustad Səlim Müəzzinzadənin repertuarından
Aranjiman ; Fəriborz Xatəmi
Rəsmi kanalımıza abunə olun
http://wedia.link/UPbm1
Facebook
http://wedia.link/4pLbA
instagram
http://wedia.link/p3N5X
Tiktok
http://wedia.link/C7OzV
Twitter
http://wedia.link/ZuDU3
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #ImamHesen #TalehImamHesen
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!