Seyyid Taleh - Lay lay Əli Can lay lay - Əli Əsgər Mərsiyyəsi /2021

Views 0

Seyyid Taleh Boradigahi yeni ilahisi "Lay Lay Əli Can Lay Lay" "Əli Əsgər Mərsiyyəsi" YouTube'da yayında.

Seyyid Taleh Boradigahi kanalına abunə olmaq üçün bu linkə daxil olun : http://wedia.link/seyyidtalehboradigahi-

Söz/Mus : Anonim
Məddah Cavad Rəsuli Zəncaninin ifalarından götürülüb ..
Aranjıman : Fəriborz Xatəmi

Sözləri
Ey eşqi edən heyran
Uşşaqi balam lay-lay
Qan ilə olan əlvan
Qundağı balam lay-lay

Lay-lay Əli can, lay-lay

Lay-lay Əli can, lay-lay

Gəhvarəyi izzətdə, çıxdı göyə əfğanın
Öz məqsədinə çatdın, ta axdı qızıl qanın
Tərh oldu bu qan ilə, İslamı sevən qanın
Məbhut eylədin əhli, afaqi balam lay-lay

Lay-lay Əli can, lay-lay
Lay-lay Əli can, lay-lay

Sən yetdin oğul qətlə, ta ki yaşasın Quran
Güldün, gözünü yumdun, etdin gözümü giryan
Qılınc kimi kəsdi nazik boğazını peykan
Zibh ayəsinin oldun mistaqi balam lay-lay

Lay-lay Əli can, lay-lay
Lay-lay Əli can, lay-lay

Sən bürcü səadətdə, ulduz tək axıb getdin
Aləmləri yandırdın, ah ilə yaxıb getdin
Su axdı oğul sən də, həsrətlə baxıb getdin
Sən teşnə ləbə oldu, ox saqi balam lay-lay

Hicrində oğul gərçi, ağlar qalıram yuxla
Nazın çəkirəm hər dəm, könlün alıram yuxla
Fikr eylə Rubabəm mən, lay-lay çalıram yuxla
Ey din yolunun ətşan, müştaqi balam lay-lay

Rəsmi kanalımıza abunə olun
http://wedia.link/UPbm1

Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #LayLayEliCanLayLay #EliEsgerMersiyesi

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Share This Video


Download

  
Report form