Qafqaz Universitetində "Bilik günü"nə həsr edilmiş tədbir keçirilmişdir. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Ayrı-ayrı qurum nümayəndələrinin, Milli Məclis deputatlarının, təhsil işçilərinin və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəhbəri Ənvər Özərən, təhsil müəssisəsinin prorektorları, professorlar Cihan Bulut və Niftalı Qocayev cəmiyyətin tərəqqisində təhsilin mühüm rolundan danışmışlar.
Bu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında maksimal bal - 700 bal toplayan 5 nəfərdən 2-si təhsillərini davam etdirmək üçün Qafqaz Universitetini seçmişdir.