Hörmətli Adnan Oktarın 20 sentyabr 2011-ci il tarixli reportajından Həcc surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: 11-ci ayə. Şeytandan Allaha sığınıram. "İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir." Yəni, məsələn, yalnız namazını qılır, oruc tutur. Zəkat da verir. Pulu olsa həccə gedir. Kəlmeyi-şəhadət də gətirir. Bəs təbliğ, cihad, İslam Birliyi? Bəs, ən böyük fərz, o nə oldu? "Hamısını necə edək?"-deyirlər. "Axı İslamın beş şərtini yerinə yetirdim, daha nəyi edək?”-deyirlər. Onların dediyinə görə İslam Birliyinə ehtiyac qalmır artıq. Haradan çıxartdılar İslamın şərtinin beş olduğunu? Amma İslam Birliyi ən böyük fərzdir.Təbliğ, cihad etmək, səy göstərmək, Allahın dinini yaymaq ən böyük fərzlərdəndir. Hanı o? "O yoxdur, hamısını etməyimiz şərt deyil ki, mən beş şərtini yerinə yetirdim artıq"-deyir. "Onu da edən etsin"-deyir. Axirətdə bunu, bel