Furqan surəsi, 30-31-ci ayələrin təfsiri

A9 TV 2015-06-20

Views 2

Hörmətli Adnan Oktarın 3 iyun 2011-ci il tarixli reportajından Furqan surəsi ilə əlaqədar şərhləri.

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram. "Peyğəmbər: "Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi! "–deyəcək". Siz açıqlamışdınız hocam, Peyğəmbərimiz (s.ə.v)-in tək şikayəti Quranın tərk edilməsidir. Axırzamana işarə edir, inşaAllah.

ADNAN OKTAR: Hz. Mehdi (ə.s) dövründə, Quran geniş şəkildə, dünya səviyyəsində tərk ediləcək. Xüsusilə xurafatçılar dəstəsi tərəfindən Quran tərk ediləcək. Qurana döyüş açacaqlar və təqva adına Qurana qarşı çıxacaqlar. Quranın qeyri-kafi olduğunu, Quranda Allahın hökmlərini açıqlamadığını, Quranın əhəmiyyəti olmadığını, əsil olanın xurafatlar olduğunu, xurafatlara görə hərəkət etmənin sünnəyə uyğun olduğunu, Qurana riayət etməyin də dəlalət və fitnə olduğunu deyəcəklər. Allah ayədə nə deyir, bir daha söylə.

OKTAR BABUNA: "Peyğəmbər: "Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi! " – deyəcək

Share This Video


Download

  
Report form