Quranın Allahın qoruması altında olduğunu bildirən ayələrin təfsiri

A9 TV 2014-06-01

Views 63

Hörmətli Adnan Oktarın 1 dekabr 2013-ci il tarixli söhbətindən Quranın Allahın qoruması altında olduğunu bildirən ayələrin şərhi.

Adnan Oktar: Allah Təala Hicr surəsinin 9-cu ayəsində belə deyir: Şeytandan Allaha sığınıram; “Şübhəsiz ki, zikri biz nazil etdik, əlbəttə, biz də onu qoruyacağıq”.

Vaqiə surəsinin 77-ci və 78-ci ayələrində belə deyilir: Şeytandan Allaha sığınıram; Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır). Budur, Allah deyir ki, qorunub saxlanılmış və taledə olan bir kitabda yazılmışdır. Allah “Həqiqətən” deyir, “bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır)” deyir. Taledə, Lövhi-məhfuzda mövcuddur. Hələ dünya yaradılmadan əvvəl Quran var idi, var olan Quran necə yox edilə bilər? Allah olduğu kimi qalır deyir. Allah deyir ki: İndi əlinizdə tutduğunuz Quranla, bu Quran eynidir, yəni Lövhi-məhfuzdakı Quran eynidir. Bu səbəblə də, nəsx edilən yeddi keçi, yeddi dəvə, məsəlləri doğru deyildir. Biz ayənin sərih açıq hökmünə baxarıq. Budur, 75-ci surənin 17-ci ayəsində belə deyilir: “Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. Yəni Allah deyir ki: Yaddan çıxartmaq qeyri-mümkündür, çünki: “Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması”, yəni Quranı qəlbində saxlamaq, onu mühafizə etmək “və dilinlə onun oxunması Bizə aiddir”. Allah deyir ki, Mənim gücümlə edirsən, bu insan yaddaşı ilə mümkün olmaz, ancaq mənim verdiyim məlumatla olar, məhz Peyğəmbərimiz (s.ə.v) də Lövhi-məhfuzdakı Quranı oxuyurdu. Allah ayədə deyir ki: “Yaddan çıxartmayacaqsan”, yəni onu sənin yaddaşından çıxartmayacağam. Peyğəmbərimiz (s.ə.v)-də dilini tərpədərək, yadında saxlamaq üçün səy göstərir. Allah deyir ki, səy göstərməyinə ehtiyac yoxdur, çünki onu sənin hafizəndə saxlayacaq və yaddaşından çıxartmayacağam. Sən səy göstərmə dedikdən sonra, Peyğəmbərimiz (s.ə.v)-də dilini tərpətmir və heç bir şey demir. Beləliklə, bütün ayələr Peyğəmbərimiz (s.ə.v)-in hafizəsindəydi və  o heç bir ayəni də unutmadı.

Share This Video


Download

  
Report form